Qadın sağlamlığı, bədənin ümumi rifahından tutmuş reproduktiv sistemin funksionallığına qədər geniş bir sahəni əhatə edir. Bu sahədə ən mühüm rolu isə ginekologiya oynayır.
Ginekologiya, qadın cinsiyyət orqanlarının fiziologiyasını, xəstəliklərini, bu xəstəliklərin diaqnostikasını, müalicəsini və profilaktikasını öyrənən tibb sahəsidir.
Ginekologiya şöbəmizdə funksional (USM, endoskopik, rentgen müayinələr), laborator (bakterioloji, immunoloji, hormonal müayinələr), geniş diaqnostik müayinə və müalicələr tətbiq olunur.
Ginekoloji xəstəliklərin əksəriyyəti erkən mərhələdə müəyyən əlamətlərlə özünü büruzə verir. Bunları bilmək pasientin həkimə vaxtında müraciət etməsinə kömək edir.
Normal menstrual tsikl adətən 21 ilə 35 gün arasında dəyişir. Əgər aybaşı çox ağrılıdırsa, qanaxma həddindən artıq çoxdursa (hipermenoreya) və ya tsikl nizamsızdırsa, bu, hormonal pozğunluğun və ya uşaqlıq daxili patologiyaların (məsələn, poliplər) əlaməti ola bilər.
Uşaqlıq yolu və ya uşaqlıq boynunun iltihabı qadınlar arasında ən yaygın şikayətlərdəndir.
Simptomlar: Pis qoxulu axıntı, qaşınma, yanma hissi və cinsi əlaqə zamanı ağrı.
Səbəblər: Bakterial, göbələk (kandidoz) və ya cinsi yolla keçən infeksiyalar.
Mioma uşaqlığın əzələ toxumasından inkişaf edən xoşxassəli şişdir. Yumurtalıq kistaları isə daxili maye ilə dolu kisəciklərdir. Bir çox halda simptomsuz keçsə də, böyüdükdə qarın aşağı nahiyəsində ağırlıq və küt ağrı yarada bilərlər.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə
Universal Hospital-dan xüsusi CHECK-UP kampaniyası!

