Varikoz sadəcə kosmetik bir problem deyil, həyat keyfiyyətinə təsir edən ciddi bir damar xəstəliyidir.
Universal Hospital-ın Flebologiya şöbəsində biz, müasir tibbin ən son texnologiyalarından istifadə edərək damar genişlənmələrinin ağrısız, kəsiksiz və effektiv müalicəsini həyata keçiririk.
Aşağıdakı əlamətləri özünüzdə hiss edirsinizsə, vaxt itirmədən müayinədən keçməyiniz tövsiyə olunur:
Ayaqlarda günün sonunda yaranan ağırlıq və yorğunluq hissi.
Gecə saatlarında qəfil yaranan qıcolmalar.
Topuq ətrafında şişkinlik (ödem).
Dəri səthində görünən damar torları və ya qabarmış göy damarlar.
Ayaq dərisində rəng dəyişikliyi və ya qaşınma.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

