Endokrinologiya hormonlarla əlaqəli xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Endokrinologiya maddələr mübadiləsinin koordinasiyası, nəfəs alma, reproduksiya, sensor qavrayış və hərəkət kimi insan funksiyalarını əhatə edir.
Eləcə də, Endokrinologiya hormon ifraz edən endokrin vəzilərin və toxumaların öyrənilməsi ilə məşğuldur. Bizim çoxprofilli komandamız endokrinoloqlardan, diabet üzrə ixtisaslaşdırılmış tibb bacılarından və dietoloqlardan ibarətdir.
Şöbəmizdə pasiyentlərə fərdi yanaşma tətbiq olunur, laborator və instrumental müayinələr əsasında dəqiq diaqnoz qoyulur və effektiv müalicə planı hazırlanır. Məqsədimiz hormonal sağlamlığın bərpası, xəstəliklərin erkən aşkarlanması və pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsidir.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

