Oftalmologiya

Oftalmologiya bölməsi göz və görmə sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olur.
Universal Hospital

Hər hansı sualınız yaranarsa bizə zəng edə bilərsiniz

Professional komandamız hər zaman qulluğunuzda

Oftalmologiya bölməsi göz və görmə sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olur.

Bölmədə katarakta, qlaukoma, refraksiya qüsurları, retina və buynuz qişa xəstəlikləri müasir tibbi avadanlıqlar və beynəlxalq protokollar əsasında qiymətləndirilir.

Təcrübəli oftalmoloqlar tərəfindən konservativ və cərrahi müalicə üsulları tətbiq olunur, əməliyyat öncəsi və sonrası kompleks tibbi nəzarət təmin edilir.

Məqsədimiz pasiyentlərin görmə keyfiyyətini qorumaq və maksimum səviyyədə bərpa etməkdir.

Oftalmoloq həkimlər

Oftalmoloq kimdir və nə vaxt müraciət edilməlidir?

Bir çox insan oftalmoloq (göz həkimi) ilə optometristi səhv salır. Oftalmoloq, göz xəstəliklərinin həm dərmanla, həm də cərrahi yolla müalicəsində ixtisaslaşmış tibb elmləri doktorudur.

Aşağıdakı hallarda gecikmədən bir oftalmoloqa müraciət etməyiniz tövsiyə olunur:

Görmə kəskinliyinin qəfil azalması və ya dumanlı görmə.

Gözlərdə ağrı, qızartı və ya yanma hissi.

İşığa qarşı həssaslıq (fotofobiya).

Göz önündə uçuşan qara nöqtələr və ya işıq çaxmaları.

Gözlərin sulanması və ya həddindən artıq quruluğu.

Baş ağrıları (xüsusilə oxuma və ya ekran istifadəsi zamanı).

Ən çox rast gəlinən göz xəstəlikləri

Oftalmologiya sahəsində qarşılaşdığımız xəstəliklər yüngül görmə qüsurlarından tutmuş, korluğa səbəb ola biləcək ciddi patologiyalara qədər genişlənir.

Refraksiya Qüsurları (Miyopiya, Hipermetropiya, Astiqmatizm)

Bu xəstəliklər gözün fokuslama qabiliyyətinin pozulması nəticəsində yaranır:

Miyopiya: Yaxını yaxşı, uzağı dumanlı görmə.

Hipermetropiya: Uzağı yaxşı, yaxını görməkdə çətinlik çəkmə.

Astiqmatizm: Gözün buynuz qişasının formasının pozulması nəticəsində görüntünün bulanıq və ya əyri olması.

Katarakta (Mirvari Suyu)

Xüsusilə yaşlı insanlarda rast gəlinən katarakta, göz büllurunun şəffaflığını itirərək tutquunlaşmasıdır. Bu, xəstənin dünyanı sanki dumanlı bir pərdə arxasından görməsinə səbəb olur. Təhlükəli deyil, lakin yeganə müalicə yolu cərrahiyyədir.

Qlaukoma (Göz Təzyiqi)

“Gözün gizli oğrusu” adlandırılan qlaukoma, göz daxili təzyiqin yüksəlməsi nəticəsində görmə sinirinin zədələnməsidir. Ən təhlükəli tərəfi odur ki, xəstəliyin ilkin mərhələlərində heç bir əlamət olmur. Müalicə olunmadıqda geri dönməz korluğa səbəb ola bilər.

Keratokonus

Gözün ən ön təbəqəsi olan buynuz qişanın (kornea) nazilərək önə doğru qabarması və konus forması almasıdır. Adətən yeniyetməlik dövründə başlayır və vaxtında müdaxilə edilmədikdə ciddi görmə itkisinə yol açır.

Diabetik Retinopatiya

Şəkərli diabet xəstələrində qan şəkərinin yüksək olması gözün torlu qişasındakı (retina) damarları zədələyir. Diabet xəstələri ildə ən azı iki dəfə oftalmoloji müayinədən keçməlidirlər.

Məqalələr

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun