Haqqımızda

Universal Hospital tibbin bütün sahələri ilə, keyfiyyətli və gülərüz xidmət göstərən özəl tibb müəssisəsidir.
Provetta-53
Yalnız qabaqcıl avadanlıqlarla təchizat

Sağlamlığınız üçün universal tibbi xidmət

Universal Hospital 2024-cü ildən etibarən sağlamlığın etibarlı ünvanı kimi fəaliyyət göstərərək pasiyentlərinə yüksək keyfiyyətli və güvənli tibbi xidmət təqdim edir.
13 mərtəbədən ibarət müasir klinika ən son model tibbi avadanlıqlar və innovativ texnologiyalarla təchiz olunaraq diaqnostika və müalicədə maksimum dəqiqliyi təmin edir. Burada hər detal pasiyentin rahatlığı və təhlükəsizliyi üçün düşünülmüş, müasir standartlara uyğun palatalar isə komfort və qayğını bir arada təqdim edir.

Universal Hospital

Xəstəxana 7/24 fasiləsiz fəaliyyət göstərərək istənilən anda peşəkar tibbi dəstəyə çıxış imkanı yaradır və bu, pasiyentlər üçün əlavə güvən hissi formalaşdırır. Universal Hospitalda bütün növ cərrahi və terapevtik stasionar xidmətlər yüksək ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. Əməliyyatxanalar müasir texnologiyalarla təchiz olunmuş, steril və təhlükəsiz mühitdə ən mürəkkəb əməliyyatların uğurla icrasına imkan verir.

MRT, KT və rentgen kimi dəqiq diaqnostik xidmətlər xəstəliyin erkən mərhələdə aşkar olunmasına və düzgün müalicə planının qurulmasına şərait yaradır. Ginekologiya, kardiologiya, endokrinologiya, pediatriya, travmatologiya, psixiatriya, laboratoriya və stomatologiya şöbələri geniş və kompleks tibbi xidmət spektrini əhatə edir. Hər bir şöbədə çalışan peşəkar həkimlər, təcrübəli tibb bacıları və diqqətli texniki heyət bir komanda kimi fəaliyyət göstərərək hər pasiyentə fərdi yanaşma təmin edir.

Universal Hospitalda yalnız müalicə deyil, eyni zamanda insanlara ümid, qayğı və güvən bəxş olunur. Burada çalışan mütəxəssislər daim inkişaf edərək ən yeni tibbi yenilikləri tətbiq edir və pasiyentlərin sağlamlığını ən yüksək prioritet kimi qəbul edirlər. Universal Hospital – sağlamlığınıza dəyər verən, güvən və peşəkarlığın birləşdiyi ünvan.

Faydalı yazılar

Xolesterini azaldan qidalar (10 qida)

Müasir dövrdə ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sıralarda yer alır. Bu xəstəliklərin ən böyük risk faktorlarından biri isə qanda xolesterin səviyyəsinin yüksək olmasıdır....

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun