
Xəstəxana 7/24 fasiləsiz fəaliyyət göstərərək istənilən anda peşəkar tibbi dəstəyə çıxış imkanı yaradır və bu, pasiyentlər üçün əlavə güvən hissi formalaşdırır. Universal Hospitalda bütün növ cərrahi və terapevtik stasionar xidmətlər yüksək ixtisaslı həkimlər tərəfindən həyata keçirilir. Əməliyyatxanalar müasir texnologiyalarla təchiz olunmuş, steril və təhlükəsiz mühitdə ən mürəkkəb əməliyyatların uğurla icrasına imkan verir.
MRT, KT və rentgen kimi dəqiq diaqnostik xidmətlər xəstəliyin erkən mərhələdə aşkar olunmasına və düzgün müalicə planının qurulmasına şərait yaradır. Ginekologiya, kardiologiya, endokrinologiya, pediatriya, travmatologiya, psixiatriya, laboratoriya və stomatologiya şöbələri geniş və kompleks tibbi xidmət spektrini əhatə edir. Hər bir şöbədə çalışan peşəkar həkimlər, təcrübəli tibb bacıları və diqqətli texniki heyət bir komanda kimi fəaliyyət göstərərək hər pasiyentə fərdi yanaşma təmin edir.
Universal Hospitalda yalnız müalicə deyil, eyni zamanda insanlara ümid, qayğı və güvən bəxş olunur. Burada çalışan mütəxəssislər daim inkişaf edərək ən yeni tibbi yenilikləri tətbiq edir və pasiyentlərin sağlamlığını ən yüksək prioritet kimi qəbul edirlər. Universal Hospital – sağlamlığınıza dəyər verən, güvən və peşəkarlığın birləşdiyi ünvan.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

