Prof. Dr. Vusal Haciyev

Prof. Vüsal Hacıyev Avropada formalaşmış ürək-damar cərrahıdır. 13 il Berlin Alman Ürək Mərkəzində və Kottbusdakı Sana Ürək Mərkəzində çalışıb, Berlin Charité Universitetində doktorluq dissertasiyasını müdafiə edib.

2026-cı ilin mayından Universal Hospital-da (ETKİ) koronar şuntlama, qapaq və aorta əməliyyatları, minimal invaziv cərrahiyyə, ECMO və MAZE əməliyyatları aparır. Alman, ingilis, rus, türk və çex dillərində səlis danışır.

Rəqəmlərlə

  • 3000+ ürək əməliyyatı (2009–2026, Almaniya və Azərbaycan)
  • 0,68% ümumi 30 günlük letallıq, təcili əməliyyatlar daxil
  • 17 il ürək cərrahiyyəsi təcrübəsi

İxtisas sahələri

  • Koronar arteriya şuntlama (CABG)
  • Mitral və aorta qapağının rekonstruksiyası və protezləşdirilməsi
  • Minimal invaziv aorta qapağı cərrahiyyəsi
  • Aorta cərrahiyyəsi, o cümlədən aorta disseksiyası
  • Atriyal fibrilyasiyanın cərrahi müalicəsi (Maze IV)
  • Ağır ürək çatışmazlığı: ECMO və mexaniki qan dövranı dəstəyi
  • Ürək transplantasiyası təcrübəsi (Berlin)

Təhsil və karyera

  • 05/2026–indi: Ürək-damar cərrahı, Universal Hospital;
  • 2024-dən böyük elmi işçi, ETKİ
  • 2022–indi: Ürək-damar cərrahı, Təhsil-təlim komissiyasının sədri, Bakı Sağlamlıq Mərkəzi
  • 2013–2022: Ürək-damar cərrahı; 2018-dən Elmi mərkəzin rəhbəri, Sana Ürək Mərkəzi, Kottbus, Almaniya
  • 2009–2013: Ürək cərrahiyyəsi rezidenturası, Berlin Alman Ürək Mərkəzi (transplantasiya və süni ürək şöbələri daxil)
  • 2018: Tibb üzrə fəlsəfə doktoru, Charité – Berlin Tibb Universiteti. Dissertasiya: “Ürək transplantasiyasından sonra trikuspid çatışmazlığının risk faktorları”
  • 2002–2008: Tibb təhsili, Karl Universiteti, I Tibb Fakültəsi, Praqa

Elmi fəaliyyət

  • j-hdt.com elmi jurnalının redaktoru
  • Seçilmiş məqalələr:
    • Functional tricuspid valve insufficiency after cardiac transplantation, JTCVS Open, 2020. DOI: 10.1016/j.xjon.2020.07.008
    • Follow-up on ECMO after Cardiac Surgery, The Heart Surgery Forum, 2019. DOI: 10.1532/hsf.2147
    • Analysis of Patients with LifeVest after Cardiac Surgery, World J Cardiovasc Surg, 2020. DOI: 10.4236/wjcs.2020.105008
    • Type A aortic dissection after CABG, Am J Case Rep, 2024. DOI: 10.12659/AJCR.942673
  • Məruzələr: ISHLT (Vaşinqton, 2016), ESCVS (Qroningen 2019, İstanbul 2024), ECOS-TCS (Paris, 2022), ŞƏT II Tibb Konqresi (Daşkənd, 2025)

Əlavə təlimlər

Maze IV (Leuven, 2022) · Transfemoral TAVI (Leypsiq, 2018) · Minimal invaziv ürək cərrahiyyəsi (Berlin, 2016) · Mitral qapaq rekonstruksiyası simulyasiyası (Leypsiq, 2016)

Fəxri adlar

Professor, Beynəlxalq Ekoenergetika Akademiyası (2026)

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun