Dr. Ülkər Mürsəlova yüksək ixtisaslı uşaq nevroloqu və EEQ (elektroensefaloqrafiya) mütəxəssisidir.
O, karyerası boyu yenidoğulmuşların nevroloji patologiyaları, kəllədaxili qansızmalar və epilepsiya kimi sahələrdə dərinləşmiş, həm yerli, həm də beynəlxalq səviyyədə tanınan bir həkimdir.
Hazırda Universal Hospital-da uşaq nevroloqu vəzifəsində çalışır.
Ali Təhsil: Azərbaycan Tibb Universitetinin (ATU) rus bölməsi üzrə “Müalicə işi” fakültəsini bitirmişdir (2011–2017).
Rezidentura: ATU-nun Nevrologiya ixtisası üzrə rezidentura proqramını uğurla tamamlamışdır (2017–2021).
Elmi Fəaliyyət: 2023-cü ildən “Tibb üzrə fəlsəfə doktoru” (PhD) elmi dərəcəsi almaq üçün dissertasiya üzərində çalışır. Tədqiqat işi yenidoğulmuşlarda kəllədaxili qeyri-travmatik qansızmaların risk amilləri və statistik təhlilinə həsr olunmuşdur.
Universal Hospital: Hazırda uşaq nevroloqu olaraq fəaliyyətini davam etdirir.
Uşaq Nevroloji Xəstəxanası: Yenidoğulmuşların patologiya şöbəsinin nevroloqu və EEQ mütəxəssisi (2024-cü ildən).
Respublika Perinatal Mərkəzi: Yenidoğulmuşların intensiv terapiya bölməsinin uşaq nevroloqu (2021–2024).
Uşaq Nevrologiya Xəstəxanası: Pediatrik nevrologiya üzrə həkim-rezident (2018–2021).
Böyük Britaniya: London, Great Ormond Street Hospital – təkmilləşmə kursu (2025).
ABŞ: Çikaqo, Saint Mary Hospital – 2 aylıq təkmilləşmə kursu (2024).
İsrail: Rambam Hospital – 2 aylıq təkmilləşmə kursu (2023).
Qazaxıstan: “EPNS Central Eurasia Workshop”da uğurlu keys təqdimatı ilə qalib olmuşdur (2025).
Digər Ölkələr: Türkiyə, BƏƏ və Gürcüstanda müxtəlif peşəkar rotasiyalar və konfranslarda iştirak etmişdir.

