Plastik, estetik və rekonstruktiv cərrahiyyə sahəsində uzunillik klinik və cərrahi təcrübəyə malikdir.

Müxtəlif dövlət və özəl tibb müəssisələrində Plastik, estetik cərrah kimi fəaliyyət göstərmiş, Türkiyədə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsinin (Çapa) Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə şöbəsində peşəkar rotasiya keçmişdir.Çox sayda konfrans və seminarlara qatılmışdır.

Hazırda Universal Hospitalda   Plastik,estetik və rekonstruktiv cərrah kimi fəaliyyət göstərir.

Təhsili

2001–2006 Azərbaycan Tibb Universiteti

İş Təcrübəsi

2006–2007 Ə.Ə. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi / Eksperimental xəstəxana
Subordinatura

2007 – 2 saylı Əfəndiyev adına xəstəxana II Cərrahiyyə şöbəsi Həkim-intern

2008–2010 – İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi (Çapa) Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə şöbəsi Peşəkar rotasiya və ixtisaslaşma

2009–2010 – Turan Klinikası Plastik, estetik və rekonstruktiv cərrah

2010–2015 – Medical Plaza Klinikası Plastik,estetik və rekonstruktiv cərrah

2020–2022 – Stimul Hospital Plastik,estetik və rekonstruktiv cərrah


2022-2024 il – Berlin Hospital Plastik,estetik və rekonstruktiv cərrah

2024-2025 – HC Hospital Plastik, estetik və rekonstruktiv cərrah

Hazırda – Universal Hospital

İcra etdiyi plastik və estetik əməliyyatlar

Üz və boyun nahiyəsində icra olunan əməliyyatlar:
 
●Üz gərmə (Facelift)
●Qaş gərmə (Brow lift)
●Boyun gərmə (Neck lift)
●Dodaqlarda  süni gelin xaric edilməsi
●Rinoplastika
●Blefaroplastika – yuxarı və aşağı göz qapaqlarının estetik emeliyyatı
●Çənə ətrafı nahiyənin liposaksiyası
●Buxaq (submental) liposaksiyası
 
Süd vəziləri üzrə plastik-estetik əməliyyatlar:
 
●Süd vəzilərinin kiçildilməsi (Reduksiyon mammoplastikası)
●Süd vəzilərinin böyüdülməsi (Augmentasyon mammoplastikası)
●Süd vəzilərinin silikon implantlarla böyüdülməsi (Mammoplastika)
 
Bədən konturlaşdırılması və plastik əməliyyatlar:
 
●Qol gərmə (Brachioplastika)
●Qol nahiyəsinin liposaksiyası
●Qarın gərmə (Abdominoplastika)
●Qarın nahiyəsinin liposaksiyası
●Bel və kürək nahiyələrinin liposaksiyası
●Gluteal lipofilling (popo nahiyəsinə yağ köçürülməsi)
●Bədən konturlaşdırılması və bədən şəkilləndirmə əməliyyatları
●Ayaq implantasiyası (Krurroplastika)
logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun