Dr. Ayten Ziyadova uşaq sağlamlığı və infeksion xəstəliklər sahəsində geniş beynəlxalq təcrübəyə malik peşəkar pediatrdır.

O, həm yerli, həm də xarici nüfuzlu tibb müəssisələrində aldığı təhsil və sertifikat proqramları ilə pediatr-infeksionist kimi ixtisaslaşmışdır.

Hazırda Universal Hospital-da fəaliyyət göstərən Dr. Ziyadova, uşaqların rutin müayinəsindən tutmuş, mürəkkəb infeksion xəstəliklərin diaqnostikası və müasir peyvənd protokollarının tətbiqinə qədər geniş spektrdə tibbi xidmət təqdim edir.

Təhsili

2006–2012: Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi.

2013: Xəzər Tibb Mərkəzi, Uşaq infeksion xəstəlikləri üzrə ixtisaslaşma.

2017: Ondokuz Mayıs Universiteti (Türkiyə), Uşaq Sağlamlığı və Xəstəlikləri fakültəsi.

2017: Atatürk Universiteti (Türkiyə), Səhiyyə Menecmenti.

2024: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.

İş Təcrübəsi

Hazırda: Universal Hospital, Pediatr.

Keçmiş təcrübə: Xəzər Tibb Mərkəzi və müxtəlif beynəlxalq kliniki təcrübə proqramları (Cənubi Koreya, İsveç, Türkiyə).

Üzvlüklər və Sertifikatlar

Beynəlxalq Təlimlər: KOICA Fellowship Proqramı (Seul, Cənubi Koreya), ECDC Təlimləri (Stokholm, İsveç), Boston Uşaq Xəstəxanası Qlobal Psixi Sağlamlıq Simpoziumu.

İxtisas Sertifikatları: İnfeksion xəstəliklər üzrə sertifikasiya (2019, 2024), Türk Milli Pediatriya Konqresi, Peyvənd Məktəbi (Türkiyə) və UNICEF həkim təlimləri.

Elmi Akreditasiya: 3-cü Dünya Uşaq Neuroqastroenterologiya Konqresi (Amsterdam, 2025) – EACCME tərəfindən 16.5 Avropa CME krediti.

Peşəkar Kurslar: Prof. Aman Pulungan tərəfindən keçirilən “Antimikrob Müqavimət və İnfeksion Xəstəliklər” kursu (IPA).

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun