Uzm. Dr. Azər Əhmədov Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib və Türkiyənin Qazi Universitetində uşaq sağlamlığı və xəstəlikləri üzrə rezidentura təhsili alıb.

Pediatr kimi klinik fəaliyyəti ilə yanaşı, səhiyyə müəssisələrində rəhbər vəzifələrdə çalışıb. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda şöbə müdiri və baş həkim, Respublika Pediatriya Mərkəzində isə direktor vəzifəsini icra edib. Hazırda Universal Hospitalın tibbi direktorudur.

Təhsil

  • 2024-cü ildən — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, menecment.
  • 2015–2019 — Qazi Universiteti, Tibb fakültəsi, uşaq sağlamlığı və xəstəlikləri üzrə rezidentura.
  • 2007–2008 — Ə.F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, pediatriya üzrə internatura.
  • 2001–2007 — Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi.

İş təcrübəsi

  • 2026-cı ildən — Universal Hospital, tibbi direktor.
  • 2024–2026 — Respublika Pediatriya Mərkəzi, direktor.
  • 2023–2024 — EGE Hospital, həkim-pediatr.
  • 2021–2023 — K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, baş həkim.
  • 2020–2021 — K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, şöbə müdiri.
  • 2020 — Bakı Sağlamlıq Mərkəzi, pediatriya şöbəsinin müdiri.
  • 2015–2019 — Qazi Universiteti, Uşaq sağlamlığı və xəstəlikləri kafedrası, assistent həkim.
  • 2013–2015 — Özəl Koru Sincan Xəstəxanası, təcili tibbi yardım şöbəsinin müdiri.
  • 2012–2013 — Özəl Veni-Vidi Xəstəxanası, təcili tibbi yardım şöbəsinin müdiri.
  • 2008–2011 — Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası, həkim-pediatr.

Kurs və təlimlər

  • 2025 — Xəstəxanaların idarə edilməsi, Ankara Universiteti, Sağlamlıq elmləri fakültəsi.
  • 2024 — “Uşaqlarda təməl yaşam dəstəyi” kursu, Bakı.
  • 2023 — “Uşaqlarda təməl yaşam dəstəyi” kursu, təşkilatçı, Gəncə.
  • 2022 — “Uşaqlarda təməl yaşam dəstəyi” üzrə təlimçi təlimi, Bakı.
  • 2017 — Neonatal Resusitasiya Proqramı və “Uşaqlarda təməl yaşam dəstəyi” kursu, Ankara.
  • 2015 — “Oryantasyon Eğitimi” və Neonatal Resusitasiya proqramları, Konya.
  • 2014 — “Uşaqlarda təməl yaşam dəstəyi” kursu, Ankara.

Konqres və Konfranslar

  • 2025 — I Azərbaycan–Türkiyə Pediatrik Təcili Yardım və Reanimasiya Konfransı, təşkilatçı, Bakı. 32-ci Beynəlxalq Neonatologiya Konqresi, Antalya.
  • 2024 — Pediatrik İmmunologiya Konfransı, Xorvatiya. 68-ci Türkiyə Milli Pediatriya Konqresi, Antalya.
  • 2023 — Ankara Pediatriya Konqresi, Ankara. 67-ci Türkiyə Milli Pediatriya Konqresi, Şimali Kipr. Hollandiya Neonatologiya Konfransı, Amsterdam. Türk Neonatologiya Dərnəyinin Simpoziumu, Antalya.
  • 2022 — 66-cı Türkiyə Milli Pediatriya Konqresi, Şimali Kipr. Türk Neonatologiya Dərnəyinin Simpoziumu, Antalya. I Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Bacıları Konqresi, təşkilatçı, Bakı.
  • 2021 — “Pediatriyada yeniliklər” konfransı, Bakı.
  • 2019 — “Uşaq həkiminin bir günü” konqresi, Şimali Kipr.
  • 2018 — HEVES (“Hemofili Vakalarla Eğitim Sempozyumu”), Antalya.

Elmi məqalə və layihə

  • 2025 — “Self-Reported Physical Activities of Children Aged 9 to 14 Years Who Have Been Treated For Congenital Heart Disease”, Clinical Pediatrics.
  • OCTOPUS — Optimal Care and Treatment Options for Preterm Unborn and Born Striplings. Layihə TÜBİTAK və AMEA-nın əməkdaşlığı çərçivəsində həyata keçirilib.
logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun