Uzm. Dr. Azər Əhmədov Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib və Türkiyənin Qazi Universitetində uşaq sağlamlığı və xəstəlikləri üzrə rezidentura təhsili alıb.
Pediatr kimi klinik fəaliyyəti ilə yanaşı, səhiyyə müəssisələrində rəhbər vəzifələrdə çalışıb. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda şöbə müdiri və baş həkim, Respublika Pediatriya Mərkəzində isə direktor vəzifəsini icra edib. Hazırda Universal Hospitalın tibbi direktorudur.

