Yuxu laboratoriyası yuxu apnesi diaqnozu qoyulması və müalicəsi üçün ayrılmış otaqdır.
Otaqda yuxunu qeydə alan avadanlıq var:
• Polisomnoqraf: beyin dalğalarını, nəfəsi, qanda oksigeni, ürək ritmini və
hərəkətləri eyni vaxtda qeydə alan cihaz.
• Kamera: gecə boyu yatma vəziyyətini və yuxudakı hərəkətləri çəkir.
• CPAP aparatları və maskalar: CPAP aparatı yuxuda maska vasitəsilə hava
təzyiqi verir və tənəffüs yollarının bağlanmasının qarşısını alır. Müalicə lazım
olduqda aparatın təzyiqi və maska burada seçilir.
Bəzi pozuntular yalnız yuxu zamanı baş verir və gündüz aparılan müayinələrdə
görünmür. Yuxu laboratoriyası bu pozuntuları aşkar etmək, onların ağırlıq dərəcəsini
müəyyən etmək və müalicə seçmək üçündür.
Laboratoriyada ən çox bu hallar araşdırılır:
• Obstruktiv yuxu apnesi:.
• Mərkəzi yuxu apnesi:
• Yuxuda hipoventilyasiya (uzun müddət səthi tənəffüs):
• Güclü xoruldama:
• Gündüz yuxululuğu:
Pulmonoloq konsultasiyası: şikayətlər qiymətləndirilir və müayinəyə ehtiyac
müəyyən edilir. Müayinədən sonra nəticə izah olunur və müalicə planı qurulur.
• Gecəlik polisomnoqrafiya: yuxu apnesinin və digər yuxu pozuntularının
diaqnostikası.
• CPAP titrasiyası: aparatın sizə lazım olan təzyiqi laboratoriyada ayrıca bir
gecədə müəyyən edilir.
• CPAP maskasının seçilməsi: maska üz quruluşunuza və yuxu vərdişlərinizə
görə seçilir. Növləri: burnu örtən burun maskası, burun dəliklərinə yerləşən
burun yastığı maskası, burnu və ağzı örtən tam üz maskası.
• CPAP müalicəsinin izlənməsi: müalicənin effektivliyi yoxlanılır, lazım olduqda
düzəlişlər edilir.
Laboratoriyanın əsas müayinəsi polisomnoqrafiyadır.
Polisomnoqrafiyanın nəticələrində həkim bu göstəriciləri qiymətləndirir:
• Apne-hipopne indeksi (AHİ): yuxunun bir saatına düşən nəfəs dayanmaları və
zəifləmələrinin sayı. Yuxu apnesinin ağırlıq dərəcəsi bu göstəriciyə görə müəyyən
edilir.
• Qanda oksigen: gecə ərzində oksigen səviyyəsinin nə qədər düşdüyü və nə
qədər müddət aşağı qaldığı.
• Yuxunun quruluşu: yuxu mərhələləri, yuxunun səmərəliliyi (yataqdakı vaxtın
neçə faizini yatdığınız) və oyanmalar.
• Ürək ritmi, ayaq hərəkətləri və yatma vəziyyəti: məsələn, nəfəs
dayanmalarının arxası üstə yatanda artıb-artmadığı.
Xeyr. Sensorlar dəriyə xüsusi pasta və lentlə yapışdırılır, iynə istifadə olunmur.
Sensorlarla yataqda dönmək və böyrü üstə yatmaq olar.
Çox adam yeni yerdə ilk gecə bir qədər gec yuxuya gedir və ya tez-tez oyanır. Bu, normal haldır və nəticə təhlil edilərkən nəzərə alınır. Qeydə alınan yuxu diaqnoz üçün kifayət etməzsə, həkim müayinəni başqa gecə təkrarlamağı təklif edə bilər.
Xeyr, sadə xoruldama adətən təhlükəli deyil. Xoruldama güclüdürsə, yaxınlarınız yuxuda nəfəsinizin dayandığını görürsə, gündüz yuxululuğu və ya yüksək arterial təzyiq varsa, həkimə müraciət etmək lazımdır.
Diaqnostik müayinə bir gecə çəkir: axşam gəlirsiniz, səhər gedirsiniz. CPAP titrasiyası
lazım olarsa, ayrıca gecədə aparılır.

