Dr. Şahin Məmmədov təcrübəli pulmonoloqdur və hazırda Universal Hospital komandasında fəaliyyət göstərir.
O, ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsi, həmçinin bu sahədəki klinik araşdırmalar üzrə ixtisaslaşmışdır.
Dr.Şahin Məmmədov həm yerli, həm də beynəlxalq tibb müəssisələrində, o cümlədən Türkiyənin nüfuzlu Ege Universitetində zəngin təcrübə qazanmışdır.
Klinik fəaliyyəti ilə yanaşı, o, ağciyər xərçəngi və tənfəs yolları xəstəlikləri ilə bağlı mühüm elmi tədqiqatların və beynəlxalq fazalı klinik sınaqların fəal iştirakçısıdır.
2010–2016: Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi (Bakalavr).
2016–2021: ATU Tədris Cərrahiyyə Klinikası, Ümumi cərrah (Rezidentura).
2021–2025: Ege Universiteti Tibb Fakültəsi, Pulmonologiya (Asistan doktor).
Hazırda: Universal Hospital, Pulmonoloq.
2025: Ege Üniversitesi Solunum Araştırmaları Merkezi, Sub-Investigator.
2021–2025: Ege Üniversitesi Göğüs Hastalıkları Ana Bilim Dalı, Asistan doktor.
ICH Good Clinical Practice (GCP): Beynəlxalq Klinik Təcrübə sertifikatı (06.02.2025).
Klinik Araşdırmalar: Ağciyər xərçənginin müalicəsində immunoterapiya (Pembrolizumab və s.) mövzusunda müxtəlif Faz 3 klinik sınaqların kiçik tədqiqatçısı (Sub-investigator).
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

