Dr. Xatirə Abduləlimova kardiologiya sahəsində həm klinik təcrübəsi, həm də elmi fəaliyyəti ilə seçilən yüksək ixtisaslı mütəxəssis-kardioloqdur.
O, kardiologiyanın ən müasir istiqamətlərindən biri olan ürək görüntüləməsi (ürək MRT-si və qabaqcıl exokardioqrafiya) üzrə dərin biliklərə malikdir.
Beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edən Dr. Abduləlimova, Avropa Kardiologiya Cəmiyyətinin (ESC) fəxri üzvü (FESC) statusuna layiq görülmüş və qurumun ürək-damar görüntüləməsi üzrə “Gənc Səfiri” (Young Ambassador) təyin edilmişdir.
Hazırda Universal Hospitalda mütəxəssis-kardioloq kimi çalışaraq xəstələrin diaqnostikası və müalicəsi ilə məşğul olur.
2008 – 2014: Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi.
2014 – 2019: Azərbaycan Tibb Universiteti, Tədris Terapevtik Klinika, Kardiologiya üzrə rezidentura.
2020 – Hal-hazırda: Azərbaycan Tibb Universiteti, Tibb üzrə fəlsəfə doktorluğu (Ph.D. proqramı).
2024– Hal-hazırda: Universal Hospital, Mütəxəssis-kardioloq.
2024–Gəncə Beynəlxalq Xəstəxanası, Ürək görüntüləmə mütəxəssisi.
2023 –Liv Bona Dea Hospital, Ürək görüntüləmə mütəxəssisi.
2021 – 2024: Baku Medical Plaza, Mütəxəssis-kardioloq.
2019 – 2021: Zəfəran Hospital, Mütəxəssis-kardioloq.
2019: Bakı Sağlamlıq Mərkəzi, Mütəxəssis-kardioloq.
İrəli Exokardioqrafiya (TEE, 3D, Strain): Dr. Siyami Ersek Göğüs və Kalp Damar Araştırma Hastanesi, Türkiyə (2021).
Ürək MRT-si üzrə Fellowship proqramı: Universita Degli Studi di Padova, İtaliya (2022).
Ürək MRT kursu: Manheim Universitat Klinikum, Almaniya (2023).
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

