Dr. Vusal Məmmədov uzun illərə dayanan təcrübəsi və yüksək peşəkarlığı ilə qadın sağlamlığının qorunması sahəsində tanınan mütəxəssislərdən biridir. Dr. Vusal Məmmədov ginekoloji xəstəliklərin müasir üsullarla müalicəsi, sonsuzluq problemi və ağır hamiləliklərin təqibi sahəsində ixtisaslaşmışdır.
O, German Hospitalda 10 il ərzində uğurla fəaliyyət göstərərək minlərlə pasiyentin etibarını və sevgisini qazanmışdır. Yüksək idarəçilik və peşəkar keyfiyyətlərinə görə o, hazırda Sabirabad Perinatal Mərkəzinin direktoru vəzifəsini icra etməkdədir.
Həkim laparoskopik əməliyyatlar sahəsində geniş təcrübəyə malikdir və miomektomiya, kistlərin çıxarılması, tubektomiya kimi mürəkkəb prosedurları uğurla icra edir. Eyni zamanda xəstələrə diaqnostik laparoskopiya, uşaqlıq boynu güdülünün götürülməsi və radikal histerektomiya xidmətlərini də yüksək səviyyədə təklif edir.
Dr. Məmmədov histeroskopik cərrahiyyə sahəsində də dərin biliklərə malik olub, polipektomiya, rezeksiya və miomektomiya əməliyyatlarını həyata keçirir. Hamilə pasiyentlərin sağlamlığını diqqətdə saxlayan mütəxəssis, təbii doğuşların idarə olunması və keysəriyyə kəsiyi əməliyyatlarını tam təhlükəsiz şəraitdə icra edir. Vaqinal cərrahiyyə istiqamətində də kolporafiya, perinoplastika və labioplastika kimi plastik-rekonstruktiv əməliyyatları böyük ustalıqla reallaşdırır.
O, fəaliyyəti boyunca beynəlxalq tibbi protokolları və ən son elmi yenilikləri öz təcrübəsində daim tətbiq edir. Dr. Vusal Məmmədov hər bir pasiyentə fərdi və həssas yanaşma nümayiş etdirərək qadınların sağlam və xoşbəxt gələcəyi üçün fədakarlıqla çalışmaqdadır.
2000 – 2006: Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi
2006 – 2008: Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyası, Kliniki ordinatura (Rusiya Federasiyası)
2008 – 2010: Sankt-Peterburq Elmi Tədqiqat Onkologiya İnstitutu, Onkoqinekologiya üzrə aspirantura (Rusiya Federasiyası)
German Hospital (10 il fəaliyyət göstərib)
Sabirabad Perinatal Mərkəzi – Direktor
Onkoqinekologiya üzrə ixtisaslaşma sertifikatı (Sankt-Peterburq Elmi Tədqiqat Onkologiya İnstitutu)
Ginekologiya və Endoskopik-Laparoskopik Cərrahiyyə üzrə beynəlxalq və yerli sertifikatlar
Müvafiq sahə üzrə elmi və peşəkar tibb cəmiyyətlərinin üzvlükləri

