Qadın sağlamlığının qorunması və süd vəzi xəstəliklərinin erkən diaqnostikası sahəsində peşəkar təcrübəyə malik olan Dr. Vəfa Vəliyeva, beynəlxalq təcrübəni müasir tibbi yanaşmalarla birləşdirərək hər bir pasiyentə fərdi yanaşma təqdim edir.
Dr. Vəfa Vəliyeva Türkiyə, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya və Rusiyada keçirilən nüfuzlu beynəlxalq kurs, simpozium və konfranslarda mütəmadi iştirak edərək peşəkar bilik və bacarıqlarını daim təkmilləşdirir.
30-a yaxın elmi məqalə və tezisin müəllifi olmaqla, elmi fəaliyyətlə də fəal məşğuldur.
2002–2003 – A.T.Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində həkim-intern.
2007–2016 – Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dissertant.
2016 – Tibb üzrə fəlsəfə doktoru (T.Ü.F.D.) elmi dərəcəsini alıb.
Süd vəzi xəstəliklərinin müayinəsi və erkən diaqnostikası
Süd vəzi xərçənginin diaqnostikası və müalicəsi
Onkoplastik süd vəzi cərrahiyyəsi
Süd vəzisinin rekonstruktiv cərrahiyyəsi
Süd vəzi düyünləri, kistalar və xoşxassəli törəmələrin müalicəsi
Risk qrupunda olan qadınların profilaktik müayinəsi və izlənməsi
2015 – İstanbul Universiteti Çapa Tibb Fakültəsində ixtisasartırma kursu.
2018 – Almaniya, Düsseldorf Xəstəxanasının Süd Vəzi Mərkəzində ixtisasartırma kursu.
2025 – Belçika, Brüssel UZ Brussel Xəstəxanasının Süd Vəzi Mərkəzində ixtisasartırma kursu.

