Sefeq Mustafayeva Kardioloq

Dr. Şəfəq Mustafayeva yüksək ixtisaslı kardioloqdur. O, ürək-damar xəstəliklərinin müasir metodlarla diaqnostikası və müalicəsi üzrə geniş təcrübəyə malikdir.

Dr. Mustafayeva exokardioqrafiya (ECHO) sahəsində Avropa Kardiologiya Cəmiyyətinin (ESC) beynəlxalq sertifikatlı mütəxəssisidir.

London, Amsterdam və Afina kimi şəhərlərdə keçirilən beynəlxalq konfranslarda spiker kimi çıxış edən həkim, kardiologiyanın ən son yeniliklərini öz təcrübəsində tətbiq edir. Hal-hazırda Universal Hospitalda kardioloq-həkim olaraq fəaliyyət göstərir.

Təhsili

* 2006 – 2012: Smolensk Dövlət Tibb Akademiyası (Rusiya), Müalicə-profilaktika fakültəsi.

* 2012 – 2013: Smolensk Dövlət Tibb Akademiyası, Daxili xəstəliklər (Terapiya) üzrə internatura.

* 2016 – 2020: Azərbaycan Tibb Universiteti, Tədris Terapevtik Klinikası, Kardiologiya üzrə rezidentura.

İş Təcrübəsi

2013 – 2015: 4 saylı Şəhər Xəstəxanası, Bryansk (Rusiya), Kardioloq.

2021 – 2024: Baku Medical Plaza, Kardioloq.

2024 – Hazırda: Universal Hospital, Kardioloq.

Üzvlüklər və Sertifikatlar

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) üzvü.

EACVI (Avropa Ürək-Damar Görüntüləmə Assosiasiyası) – Gümüş üzv.

Böyüklərdə Transtorasik Exokardioqrafiya üzrə tam beynəlxalq EACVI sertifikatı (2024).

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun