Dr. Rəna Abdullayeva 28 ildən artıq peşəkar təcrübəyə malik, yüksək ixtisaslı həkim onkoloq-mammoloqdur.
O, karyerası boyu süd vəzi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində ixtisaslaşmışdır.
Dr. Abdullayeva süd vəzi kistalarının aspirasiyası, müxtəlif növ biopsiyalar (tru-cut, punksion, tikə biopsiyası) və mastitlərin müalicəsi kimi mürəkkəb prosedurları uğurla icra edir.
Hazırda Universal Hospitalda onkoloq-mammoloq kimi fəaliyyətini davam etdirir.
1994: Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1994–1995: Bakı şəhər Onkoloji Dispanserində həkim-onkoloq ixtisası üzrə internatura keçib.
1994–2016: Milli Onkologiya Mərkəzi (MOM), həkim-onkoloq (2009-cu ildən “Süd vəzinin şiş önü xəstəliklərinin müalicə və profilaktikası” şöbəsində onkoloq-mammoloq).
2016 – bu günə qədər: Özəl klinikalar (“Baku Clinic” və hazırda Universal Hospital).
1995 & 1999: “Döş qəfəsi orqanlarının və süd vəziləri şişlərinin müalicə və diaqnostikası”.
2004: “Qadın cinsiyyət orqanlarının şişlərinin diaqnostikası və müalicəsi”.
2005: N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzdə “Onkoginekoloji xəstələrin diaqnostikası və müalicəsi”.
2006: “Bədxassəli şişlərin kimyəvi və hormonal terapiyası”.
2012: EGE Universitetinin Tibb fakültəsində (İzmir, Türkiyə) “Meme hastalıkları” (Süd vəzi xəstəlikləri) kursu.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

