Dr. Fəridə Abbasova şüa diaqnostikası (radiologiya) sahəsində ixtisaslaşmış, beynəlxalq təcrübəli yüksək ixtisaslı mütəxəssisdir.
O, xüsusilə süd vəzi radiologiyası, dölün ultrasəs müayinəsi və ginekoloji sonoqrafiya sahələrində geniş təcrübəyə malikdir. Dr. Abbasova Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin təsisçisi və sədridir.
Karyerası ərzində Moskva və Bakının aparıcı klinikalarında çalışmış, Hollandiya, Türkiyə və Rusiya kimi ölkələrdə keçirilən beynəlxalq konqreslərdə məruzəçi və təlimçi qismində iştirak etmişdir.
O, həmçinin radioloqların professional hazırlığı üçün çoxsaylı kurs və seminarların təşkilatçısıdır. Hazırda Universal Hospitalda Radioloq kimi fəaliyyət göstərir.
Ali Təhsil: N. Nərimanov adına Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi (1994–2000).
İnternatura: Qədirli adına Mərkəzi Hövzə Xəstəxanası, Funksional diaqnostika ixtisası (2000–2001).
Kliniki Ordinatura: Rusiya Diplomdan Sonrakı Təhsil Tibb Akademiyası (Moskva), Ultrasəs müayinə ixtisası (2004–2006).
İxtisasartırma: Türkiyə, Koç Universiteti Amerikan Hastanesi, Süd vəzi radiologiyası üzrə staj (2016).
Universal Hospital: Şüa diaqnostikası şöbəsinin həkimi, həkim-radioloq.
Bakı Sağlamlıq Mərkəzi: Poliklinika şöbəsinin həkim-radioloqu.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkimlik sertifikasiyası (2022).
Üzvlük: ISUOG (Beynəlxalq Mamalıq və Ginekologiya Ultrasəs Cəmiyyəti), EUSOBI (Avropa Süd Vəzi Görüntüləmə Cəmiyyəti), ESOR (Avropa Radiologiya Məktəbi) və Azərbaycan Radioloqlar Cəmiyyətinin üzvüdür.
Təlimçi Sertifikatları: GE Voluson Expert VISUS və Advanced VISUS kurslarının təşkilatçısı və sertifikatlı təlimçisidir.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

