Esmira Axundova radioloq

Dr. Esmira Axundova yüksək ixtisaslı radioloq və USM mütəxəssisidir.

O, uzunillik peşəkar təcrübəyə malik olmaqla yanaşı, müasir diaqnostika metodları sahəsində daim öz biliklərini təkmilləşdirir.

Hazırda Universal Hospitalda Radioloq (USM mütəxəssisi) vəzifəsində fəaliyyət göstərir.

Dr. Axundova həmçinin Azərbaycan Radioloqlar Cəmiyyətinin həqiqi üzvüdür. 

Təhsili

Odlar Yurdu Universiteti – Tibb fakültəsini 2006-cı ildə bitirmişdir.  

Azərbaycan Tibb Universiteti (ATU) – “Azərsutikinti” xəstəxanasında “Funksional diaqnostika həkimi” ixtisası üzrə internatura kursunu keçmişdir (2007–2008). 

İş Təcrübəsi

Universal Hospital – Radioloq (USM mütəxəssisi).  

Berlin Ailə və Uşaq Klinikası – USM mütəxəssisi (2022-ci ildən).  

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) – Reanimasiya şöbəsində radiologiya üzrə təcrübə (2021–2022).  

Medikal Haus Klinikası – Radioloq, USM mütəxəssisi (2021–2022).  

ATU Tədris Cərrahiyə Klinikası – Radiologiya üzrə praktik təcrübə (2016–2019). 

Üzvlüklər və Sertifikatlar

Sertifikasiya Şəhadətnaməsi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Şüa diaqnostikası” ixtisası üzrə praktik tibbi fəaliyyətlə məşğul olmaq üçün verilmişdir 

Üzvlük Şəhadətnaməsi: Azərbaycan Radioloqlar Cəmiyyətinin 2024-cü il üzrə həqiqi üzvüdür 

İxtisaslaşma sertifikatları: Süd vəzisi xərçənginin diaqnostikası (BI-RADS), pelvik floor sağlamlığı, fetal workshop, ginekoloji təcili hallar və hamiləlikdə onkoloji xəstəliklər mövzusunda çoxsaylı elmi konfrans və seminarların iştirakçısıdır.

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun