Dr. Emin Kərimli  kardiologiya və invaziv elektrofiziologiya sahəsində zəngin təcrübəyə malik yüksəkixtisaslı mütəxəssisdir.

O, ürək ritm pozğunluqlarının (aritmiyaların) diaqnostikası və müasir üsullarla müalicəsi, xüsusilə 3D ablasiya və kardiostimulyatorların implantasiyası üzrə ixtisaslaşıb.

Almaniya və Türkiyənin aparıcı tibb mərkəzlərində fellowship proqramlarını tamamlayan Dr. Kərimli, həmçinin beynəlxalq elmi jurnallarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifidir.

Təhsili

Azərbaycan Tibb Universiteti – Müalicə işi (2004–2010).

Mərkəzi Klinika – Kardiologiya üzrə internatura (2010–2011).

Almaniya (Saarland Universitet Klinikası və İdar-Oberstein Klinikası) – Kardiologiya üzrə təcrübə proqramları (2016).

Türkiyə (Ankara Şəhər Xəstəxanası) – Elektrofiziologiya üzrə üst-ixtisas (fellowship) (2018–2020).

İş Təcrübəsi

Mərkəzi Klinika – Kardioloq (2011–2013).

Baku Medical Plaza – Elektrofizioloq (2013–2024).

Universal Hospital – Kardioloq-aritmoloq (2024-cü ildən bu günə qədər).

Üzvlüklər və Sertifikatlar

Avropa Kardiologiya Cəmiyyətinin fəxri üzvü (FESC).

Avropa Ürək Ritmi Assosiasiyasının (EHRA) üzvü.

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) üzvü.

 

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun