Dr. Cəmil Babayev uzun illərdir ki, kardiologiya sahəsində həm yerli, həm də beynəlxalq səviyyədə zəngin təcrübə toplamış yüksək ixtisaslı mütəxəssisdir.
O, tibbi fəaliyyəti dövründə Türkiyə və Avstriyanın qabaqcıl tibb müəssisələrində ixtisaslaşma keçərək invaziv kardiologiya və ürək görüntüləməsi üzrə dərin biliklərə yiyələnmişdir.
Dr. Babayev həm klinisist, həm də elmi tədqiqatçı kimi ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsində müasir metodları uğurla tətbiq edir.
O, 2022-ci ildən etibarən Azərbaycan Kardiologiya Cəmiyyətinin məsul katibi vəzifəsini icra edərək ölkəmizdə kardiologiya elminin inkişafına mühüm töhfələr verməkdədir.
1995–2001: Azərbaycan Beynəlxalq Universiteti, Müalicə-profilaktika fakültəsi.
2001–2002: Elmi Tədqiqat Kardiologiya İnstitutu, Kardiologiya ixtisası üzrə internatura.
2008: Bayındır Xəstəxanası (Ankara, Türkiyə), Təkmilləşmə kursu.
2009–2014: Vyana Universitet Xəstəxanası (AKH Wien, Avstriya), Rezidentura (Facharzt Ausbildung).
2002–2022: Mərkəzi Klinika – Mütəxəssis həkim kardioloq.
2022–2023: Bakı Medikal Plaza – İnvaziv kardioloq və görüntüləmə uzmanı.
2024–Hazırda: Universal Hospital – İnvaziv kardiologiya və görüntüləmə uzmanı.
Azərbaycan Kardiologiya Cəmiyyətinin Məsul Katibi (2022-ci ildən).
Elmi fəaliyyət: Beynəlxalq nüfuzlu tibb jurnallarında (məsələn, Circulation: Cardiovascular Imaging, Cardiovascular Magnetic Resonance) dərc olunmuş elmi məqalələrin müəllifidir.
İxtisaslaşma: İnvaziv kardiologiya və ürək-damar sisteminin görüntüləməsi üzrə beynəlxalq dərəcəli mütəxəssis.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

