aysel kerimova oftalmoloq

Dr. Aysel Kərimova yüksək ixtisaslı cərrah-oftalmoloqdur. O, Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra təhsilini Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və Rusiyanın nüfuzlu M. Fyodorov adına MNTK Göz Mikrocərrahiyyəsi Mərkəzində davam etdirmişdir.

Dr. Kərimova torlu qişanın patologiyaları, lazer müalicə üsulları, gözün angioqrafiyası və vaxtından əvvəl doğulmuş uşaqlarda ROP (Retinopatiya) sahəsində dərin bilik və təcrübəyə malikdir.

Karyerası boyu həm dövlət, həm də özəl tibb müəssisələrində aparıcı mütəxəssis kimi fəaliyyət göstərən həkim, bir çox beynəlxalq konfranslarda məruzəçi və iştirakçı qismində çıxış etmişdir.

Hazırda fəaliyyətini Universal Hospital da oftalmoloq kimi davam etdirir.

Təhsili

Azərbaycan Tibb Universiteti – Müalicə işi (Fərqlənmə diplomu)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi – İnternatura (Cərrah-oftalmoloq)

M. Fyodorov adına MNTK Göz Mikrocərrahiyyəsi Mərkəzi (Rusiya) – Torlu qişa patologiyaları, lazer növləri, angioqrafiya və ROP üzrə ixtisaslaşma.

İş Təcrübəsi

Universal Hospital (Hazırda)

West Hospital

Dünyagöz Bakı

Milli Oftalmologiya Mərkəzi (Şəkərli diabetin göz fəsadları şöbəsi)

Üzvlüklər və Sertifikatlar

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvü.

Türk Oftalmoloqlar Cəmiyyətinin fəxri üzvü.

Türkiyə Cümhuriyyəti Retina və OCT klubunun üzvü.

Avropa ESCRS və EURETINA cəmiyyətlərinin üzvü.

Beynəlxalq və yerli konfransların (Bakı, Moskva, İstanbul) sertifikatlı iştirakçısı və məruzəçisi.

Ödənişsiz Aksiya

Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

logo_main

Laboratoriya testlərinin nəticələrini öyrənmək üçün formu doldurun

logo_main

Qəbula yazılmaq üçün formu doldurun