Dr. Xəyalə İsmayılzadə müasir radiologiyanın aktual sahələri üzrə ixtisaslaşmış, beynəlxalq təcrübəyə malik peşəkar radioloqdur.
O, tibbi görüntüləmə (MRT və KT) sahəsində dərin elmi biliklərini klinik təcrübə ilə uğurla birləşdirir.
Hazırda Universal Hospitalda fəaliyyət göstərən dr. İsmayılzadə, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış elmi jurnallarda, o cümlədən “American Journal of Medical Case Reports” və “World Journal of Radiology” kimi nüfuzlu nəşrlərdə dərc olunmuş elmi məqalələrin müəllifidir.
O, diaqnostika sahəsindəki yenilikləri yaxından izləyərək pasiyentlərin dəqiq müayinə olunmasını təmin edir.
Azərbaycan Tibb Universiteti: Müalicə işi fakültəsi (2007–2013).
ATU Tədris-Cərrahiyyə Klinikası: Şüa-diaqnostika ixtisası üzrə rezidentura (2013–2017).
İstanbul Cerrahpaşa Tibb Fakültəsi: İxtisaslaşma kursu (Türkiyə, 2016–2017).
Azərbaycan Tibb Universiteti: Şüa-diaqnostika kafedrası, Doktorantura (2025 – davam edir).
Universal Hospital: Radioloq (MRT və KT mütəxəssisi).
Avropa Radioloqlar Cəmiyyətinin (ESR) həqiqi üzvü.
Azərbaycan Radioloqlar Cəmiyyətinin (ARC) həqiqi üzvü.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

