Dr. Naza Qurbanova yüksək ixtisaslı Cərrah-Ginekoloq və Kolposkopist olaraq qadın sağlığının qorunması, ginekoloji xəstəliklərin müasir üsullarla müalicəsi və estetik ginekologiya sahəsində geniş təcrübəyə malikdir.
O, həm yerli, həm də beynəlxalq səviyyəli tibbi müəssisələrdə uzun illər fəaliyyət göstərərək, müasir tibbin ən son nailiyyətlərini öz praktikasında uğurla tətbiq edir.
Həkimin peşəkar fəaliyyətinin əsas istiqamətlərinə kolposkopik müayinələr, CO2 lazer texnologiyası ilə icra edilən həm cərrahi, həm də qeyri-invaziv prosedurlar, estetik ginekologiya (vaginoplastika, labioplastika), sonsuzluğun müalicəsi və hamiləliyin yüksək səviyyədə təqibi daxildir.
Xüsusilə servikal patologiyaların müalicəsində və qadın reproduktiv sağlamlığının bərpasında mütəxəssis kimi tanınır.Hazırda o, öz peşəkar fəaliyyətini Universal Hospital-da davam etdirərək pasiyentlərinə yüksək keyfiyyətli tibbi xidmət göstərir.
1998–2004: Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi (Bakı, Azərbaycan).
2004–2008: Sankt-Peterburq Diplomdan Sonrakı Tibb Təhsili Akademiyası (MAPO), Qadın Reproduktiv Sağlamlığı kafedrasında ixtisaslaşma (Sankt-Peterburq, Rusiya).
Dr. Qurbanovanın peşəkar yolu Rusiyanın və Azərbaycanın nüfuzlu tibb müəssisələrini əhatə edir:
2004–2008: Sankt-Peterburq şəhərində yerləşən 9 nömrəli Qadın məsləhətxanası, V.F. Snegireva adına Doğum evi və Müqəddəs Elizaveta adına Klinik Xəstəxanada kliniki ordinatura və praktiki fəaliyyət.
2008–2017: Bakı şəhərindəki “Ankara Medical Centre”, “Medical Plaza”, “ATU Tədris Cərrahiyyə Klinikası” və “Grand Hospital” kimi aparıcı mərkəzlərdə ginekoloq vəzifəsi.
2017-ci ildən etibarən: “Avrasiya Hospital”
Hal-hazırda: Universal Hospitalda fəaliyyət göstərir
Həkim beynəlxalq tibbi birliyin aktiv üzvüdür və daim öz biliklərini təkmilləşdirir:
ESHRE – Avropa İnsan Reproduksiyası və Embrionologiyası Cəmiyyəti.
TJOD – Türkiyə Ginekologiya və Obstetriya Dərnəyi.
ISAGSS – Beynəlxalq Estetik Genital Cərrahiyyə və Seksologiya Cəmiyyəti.
Türkiyə Kolposkopiya və Servikal Patologiyalar Dərnəyinin üzvü.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

