Fəqan Həsənzadə səhiyyənin idarəolunması və tibbi menecment sahəsində ixtisaslaşmış yüksək ixtisaslı mütəxəssisdir.
O, Bakı şəhərində anadan olmuş, təhsil və iş fəaliyyəti dövründə həm yerli, həm də beynəlxalq səviyyədə zəngin təcrübə qazanmışdır. Akademik fəaliyyətini idarəetmə prinsipləri üzərində quran F. Həsənzadə, xüsusilə xəstəxana sistemlərinin strateji inkişafı, keyfiyyətə nəzarət və pasiyent məmnuniyyəti sahələrində dərin biliklərə malikdir.
Kariyeri boyu bir çox dövlət və özəl tibb müəssisələrində rəhbər vəzifələrdə çalışaraq, səhiyyə sektorunda innovativ idarəetmə modellərinin tətbiqinə nail olmuşdur. Hazırda “Universal Hospital”ın İcraçı Direktoru olaraq xəstəxananın ümumi fəaliyyətinə və strateji hədəflərinin reallaşdırılmasına rəhbərlik edir.
Fəqan Həsənzadənin akademik bazası iqtisadiyyat və səhiyyə menecmentinin kəsişməsində formalaşmışdır:
* Bakalavr: Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat fakültəsi.
* Magistratura: Üsküdar Universiteti (İstanbul, Türkiyə), Səhiyyənin idarəolunması ixtisası.
* Doktorantura (PhD): İstinye Universiteti (İstanbul, Türkiyə), Səhiyyənin idarəolunması üzrə fəlsəfə doktorluğu proqramı.
On ildən artıq peşəkar fəaliyyəti dövründə səhiyyənin müxtəlif pillələrində rəhbər vəzifələri icra etmişdir:
2014: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası (Karyeraya başlanğıc).
2016–2023: Bakı Sağlamlıq Mərkəzi, Grand Hospital, Olimp Hospital və bir sıra özəl klinikalarda mütəxəssis və rəhbər vəzifələr.
Konsultant Fəaliyyəti: Müxtəlif dövlət və özəl tibb müəssisələrində xəstəxanaların idarəolunması üzrə peşəkar məsləhətçi.
2023–2025: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Layihələrin idarəolunması şöbəsinin rəhbəri.
2025 – hazırda: “Universal Hospital”, İcraçı Direktor.
İdarəetmə bacarıqlarını qlobal standartlara uyğunlaşdıran F. Həsənzadə beynəlxalq arenada aktiv fəaliyyət göstərir:
IPMA-B Level: 2025-ci ildə Beynəlxalq Layihələrin İdarəolunması Assosiasiyası tərəfindən verilmiş yüksək dərəcəli sertifikat.
İxtisaslaşma Kursları: Səhiyyə menecmenti, liderlik, strateji idarəetmə, dayanıqlı xəstəxana sistemləri və keyfiyyətə nəzarət üzrə onlarla yerli və xarici təlimin məzunu.
Beynəlxalq Təmsilçilik: Azərbaycan, Türkiyə, İngiltərə, Braziliya, İspaniya və Yunanıstan kimi ölkələrdə keçirilən konfranslarda təşkilatçı, moderator və məruzəçi qismində çıxışlar.
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

