Fizioterapiya – hərəkət sistemi problemlərinin müalicəsi və bərpası üçün tətbiq olunan müasir reabilitasiya üsuludur. Əzələ, oynaq, sinir və onurğa problemlərində ağrının azaldılması, hərəkətliliyin artırılması və həyat keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Dərmansız və cərrahi müdaxiləsiz müalicə metodları ilə sağlamlığınızı bərpa etməyə kömək edir.
Fizioterapiya aşağıdakı problemlərdə effektiv nəticə verir:
Bel və boyun ağrıları
Onurğa problemləri (skolioz, disk yırtığı və s.)
Diz, çiyin və digər oynaqlarda ağrılar
Travmalardan sonra reabilitasiya
Əzələ spazmları və zəifliyi
İdman zədələri
Əməliyyatdan sonrakı bərpa dövrü
Sağlamlığınızı düşünərək Mart ayı boyunca seçilmiş ixtisaslı həkimlərimizin ÖDƏNİŞSİZ müayinəsindən yararlana bilərsiniz.

