Təcrübəli mütəxəssis, həkim-oftalmoloq Cavid Namiz oğlu Allahverdiyev ali tibb təhsilini 2001–2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-terapevt ixtisası üzrə almışdır.
Ali təhsildən sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında interna keçərək peşəkar fəaliyyətinə addım atmışdır. Dr. Cavid Allahverdiyev 2011–2014-cü illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində rezidentura təhsili alaraq oftalmologiya sahəsi üzrə ixtisaslaşmışdır. Cərrahi bacarıqlarını artırmaq məqsədilə Rusiya Federasiyasının Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda katarakta cərrahiyyəsi (fakoemulsifikasiya) və göz travmaları üzrə müxtəlif illərdə təlim proqramlarını uğurla tamamlamışdır.
O, həmçinin Tehran Tibb Elmləri Universitetinin Farabi Göz Xəstəxanasında buynuz qişa və göz səthinin xəstəlikləri alt ixtisası üzrə dar ixtisaslaşma (“fellowship”) proqramında iştirak etmişdir. Karyerası ərzində respublikamızın müxtəlif bölgələrində, o cümlədən Quba Müalicə Diaqnostika Mərkəzində və Lənkəran şəhərində yerləşən “Avicenna Medical Center”də həkim-oftalmoloq kimi çalışmışdır.
2001 – 2007: Azərbaycan Tibb Universiteti — Həkim-terapevt
2007 – 2008: İsmayıllı Rayon Mərkəzi Xəstəxanası — İnterna həkim-terapevt
2011 – 2014: Akad. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi — Oftalmologiya üzrə rezidentura
2024 – … : Tehran Tibb Elmləri Universiteti, Farabi Göz Xəstəxanası — Buynuz qişa və göz səthinin xəstəlikləri alt ixtisası üzrə dar ixtisaslaşma (Fellowship) proqramı
2009 – 2011: İsmayıllı Rayon Mərkəzi Xəstəxanası — Həkim-terapevt
2014 – 2019: Quba Müalicə Diaqnostika Mərkəzi, Konsultativ Poliklinika Şöbəsi — Həkim-oftalmoloq
2019 – 2020: Haql Ümumi Xəstəxanası (Haqı şəhəri, Tabuk Vilayəti, Səudiyyə Ərəbistanı Krallığı) — Mütəxəssis-oftalmoloq
2021 – 2022: “Avicenna Medical Center” (Lənkəran şəhəri, Azərbaycan) — Həkim-oftalmoloq
2022 – 2023: “Medical Plaza” MMC, “Batıgöz” klinikası (Bakı şəhəri, Azərbaycan) — Həkim-oftalmoloq
2023 – 2024: “Lazur” MMC, “Biovista” klinikası (Bakı şəhəri, Azərbaycan) — Həkim-oftalmoloq
2024 – 2024: “Badam Medical” MMC, “Badam Medical Center” klinikası (Bakı şəhəri, Azərbaycan) — Həkim-oftalmoloq
Oktyabr – Dekabr 2015: Katarakta cərrahiyyəsi (Fakoemulsifikasiya) və göz travmaları iş yerində təlim proqramı — Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Rusiya Federasiyası
Aprel – May 2016: Fakoemulsifikasiya cərrahiyyəsi üzrə “wetlab” kursu və iş yerində təlim proqramı — Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Rusiya Federasiyası
Mart – May 2017: Fakoemulsifikasiya cərrahiyyəsi üzrə iş yerində təlim proqramı — Ufa Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Rusiya Federasiyası

