Hazırda Universal Hospital-da kardiocərrah olaraq fəaliyyət göstərən Dr. Nihad Süleymanzadə, ürək və damar cərrahiyyəsi sahəsində ixtisaslaşmış, beynəlxalq təcrübəyə malik mütəxəssisdir.
O, xüsusilə aorta-koronar şuntlama və qapaq cərrahiyyəsi üzrə geniş praktiki bacarıqlara sahibdir.
2008–2014: Azərbaycan Tibb Universiteti – Müalicə işi (Bakalavr).
2016–2021: Dokuz Eylül Universiteti Xəstəxanası (Türkiyə) – Ürək və damar cərrahiyyəsi ixtisası üzrə uzmanlıq təhsili.
2016–2021: Dokuz Eylül Universiteti Xəstəxanası – Həkim-assistent və tədqiqatçı.
2021–2022: Özel Optimed Hastanesi (Tekirdağ, Türkiyə) – Ürək-damar cərrahı.
Hazırda: Universal Hospital – Kardiocərrah.
Dr. Nihad Süleymanzadə kardiologiya və kardiocərrahiyyənin aktual mövzularına həsr olunmuş bir çox beynəlxalq kurs və konqreslərin iştirakçısıdır:
13-cü və 14-cü Beynəlxalq Kardiologiya və Ürək-Damar Cərrahiyyəsində Yeniliklər Konqresi (İzmir və Antalya).
Aorta kökü bərpası və “Bentall” əməliyyatı üzrə praktiki təlim kursu.
“Bovine” ürəkləri üzərində Mitral qapaq təmiri üzrə praktiki kurs.
Vaskulyar Doppler üzrə praktiki təlim kursu.
Aorta-koronar şuntlama (həmçinin döyünən ürəkdə və minimal invaziv üsulla).
Ürək qapaqlarının (Aortal, Mitral, Triküspit) təmiri və dəyişdirilməsi.
Minimal invaziv (kiçik kəsiklə) ürək qapağı əməliyyatları.

